KepezTV Player
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federassiyasının birgə təşkilatçılığı ilə Gəncədə yeniyetmələr arasında güləş üzrə zona yarışı keçirilib. Respublika çempionatına seçim xarakteri daşıyan birincilikdə 2007-2009-cu il təvəllüdlü idmançılar mübarizə aparıblar. 10 çəki dərəcəsində 100-ə yaxın güləşçinin iştirak etdiyi yarışda mükafatalayiq yerlərin qalibləri Bakıda keçirilən Respublika çempionatına vəsiqəq qazanacaqlar. Respublika çempionatının qalibi isə ölkəmizi Avropa birinciliyində təmsil edəcək.
- Baxış: 544