• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 15.03.2022 22:27

Futbolumuzda növbəti nadir hadisə

KepezTV Player

Region liqasında futbolda nadir hallarda rast gəlinən hadisə yaşanıb. Həvəskar statuslu çempionatda çıxış edən “Gəncə” komandası meydana 9 nəfərlə çıxıb. Bunun səbəbini qarşıdakı sujetdə biləcəksiz.

Nizami yurdunun kollektivi səfərdə Qazağın “Göyəzən” klubu ilə görüşə vaxtında çata bilməyərək, 35-40 dəqiqə gecikib. Üstəlik oyuna 11 nəfərlə deyil 9 futbolçu ilə başlayıblar. Sosial şəbəkələrdə əks-səda doğuran bu hadisə ilə bağlı komandanın baş məşqçisi televiziyamıza açıqlama verib.

Gəncə komandası oyunun sonunadək 9 futbolçu ilə çıxış etməyib. Digər 2 oyunçu 1-ci hissənin gedişində özünü görüşə çatdıraraq sonradan meydana daxil olub. Bunun səbəbi isə

Ragion liqasının sonuncu turunda “Gəncə” “Göyəzən”ə 2 cavabsız qolla yenilib. Bununla da gəncəlilər 5 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşaraq pley-offdan kənar qalıblar.