Gəncədə ənənəvi olaraq hər il təşkil edilən tələbə spartakiadası başlayıb. Pandemiya səbəbindən 2 il təxirə salınan yarışlara bu il yenidən start verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan startkiadanın açılış mərasimində tələbələrin idmana cəlb edilməsində bu cür yarışların təşkilinin önəminin böyük olduğu vurğulanıb. 28 nömrəli tam orta məktəbin idman zalında keçiriləcək yarışların istedadlı tələbə idmançıların üzə çıxmasına kömək edəcəyi qeyd edilib. Rəsmi hissənin ardından spartakiadaya start verilib. Yarışda Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri bacarıqlarını ortaya qoyurlar. Həm qız, həm oğlanlardan ibarət komandaların iştirak etdiyi spartakiada 7 idman növünü əhatə edir. Mini futbol, voleybol, basketbol, şahmat, dama, stolüstü tennis və atletika üzrə mübarizələrdə 10 kollektiv çıxış edəcək.
Ənənəvi xarakter daşıyan spartakiadada pandemiya səbəbindən 2 il fasilə yaranmışdı. Artıq bu ildən tələbə idmanı sahəsində durğunluğu aradan qaldırmaq üçün yarışlar yenidən təşkil olunmağa başlanılıb.
Tələbə spartakiadası 2 aydan artıq müddəti əhatə edəcək. Yarışlara mayın 10-da, i ulu öndərin doğum günündə yekun vurulacaq.
- Baxış: 674