Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız - Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Anım tədbirində Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi, general-mayor Mayis Bərxudarov və N hərbi hissəsinin hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
- Baxış: 1079