Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus infeksiyası ilə mübarizədə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Xəstəliyə qarşı ən başlıca metodlardan biri vaksinasiyadır. Hazırda artıq prosesdə 3-cü doza peyvəndlənmə aparılır. Ölkənin ikinci böyük şəhəri Gəncədə vaksinasiyayla bağlı vəziyyət nə yerdədi, nə qədər insana vaksin vurulub, bunu qarşıdakı sujetdə biləcəksiz.
Cari ilin ortalarından etibarən koronavirusun mutasiyaya uğraması nəticəsində bir çox ölkələrdə, eləcə də Azərbaycanda bu xəstəliyin yeni növləri aşkarlanmağa başladı. Delta və digər ştamlar üzə çıxandan sonra mütəxəssislər 3-cü doza vaksini qəbul etməyi məsləhət gördülər. Bu doza buster, yəni gücləndirici xarakterlidi və 2-ci dozadan 150 gün sonra vurulmalıdır. Gəncədə hazırda 3-cü dozayla bağlı müxtəlif ərazilərdə 10-a yaxın vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Vətəndaşlar da bu məntəqələrə müraciət etməklə rahatlıqla 1, 2 və 3-cü doza vaksinlərini vurdura bilərlər. Gəncədə gün ərzində buster dozanı qəbul edənlərin sayına gəldikdə isə bu 500-700 nəfərə bərabərdir.
Bəs 3-cü doza nəyə görə əhəmiyyəlidir, sözügedən dozanı vurdurduqda hansı halların qarşısı alınmış olar? Bu haqda həkimlər fikirlərini paylaşıblar.
3-cü doza vaksinlə bağlı vətəndaşlar arasında bəzi çaşqınlıqlar da az deyil. Məsələn 1 və 2-ci doza qəbul edərkən sinovak və ya başqa vaksin vurduranlar, buster dozada hansı vaksini qəbul edəcəklərindən ehtiyatlanırlar. Ancaq narahatlığa ehtiyac yoxdur, peyvənd üçün məntəqələrə müraciət zamanı vaksinin növü şəxslərin istəyinə görə və mütəxəssislərin məsləhəti ilə seçilir.
330 mindən çox əhalisi olan Gəncədə bu günədək 140 mindən artıq insana 3-cü doza vaksin vurulub. Ümumilikdə isə şəhər üzrə peyvənd vurduranların sayı 280 mindən çoxdur.
- Baxış: 324