KepezTV Player
Gəncədə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunan veloyürüş keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yürüşdə 20-dən çox həvəskar velosipedçi iştirak edib. Yol polisinin müşayiəti ilə pedal ustaları Avropa Gənclər Parkından start götürərək Nizami prospektindən keçməklə Heydər Əliyev parkının girişindəki Zəfər tağına qədər olan 4 km-lik məsafəni qət ediblər. Bu, il ərzində Nizami yurdunda təşkil edilən 3-cü veloyürüş olub. Daha öncə velosipedçilər Nizami məqbərəsi və şəhidlər xiyabanına yürüş ediblər.
- Baxış: 485