KepezTV Player
Kəlbəcər və Qubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşası başa çatdırılıb. Açılış mərasimi çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində xidmətdə olan hərbçilərlə görüşmüş, onların xidmət və məişət şəraiti ilə maraqlanıb. Heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşüb.
- Baxış: 220