• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 23.09.2021 20:39

Əl əməyi, göz nuru...

KepezTV Player

Adi şirniyyatdan, konfet, şokolad və ərzaqlardan sənət əsərləri meydana gətirən şəhər sakinindən danışacağıq.Gəlin onun buketləri və kompozisiyaları ilə yaxından tanış olaq.

Həmsöhbətimiz adi şirniyyat və qidalarla sənət əsərləri meydana gətirən food florist Ayşən Xankişiyevadır. O, karantin dövründə bu sahəyə maraq göstərib və qərara alıb ki, bu işi daha dərindən öyrənsin.

Ayşən Xankişiyeva "food florist": Karantin dövründə qərar verdim ki, mən bunun universtitetini bitrməliyəm. Rusiyada qiyabi təhsilini aldım. Bütün yeməli nə varsa buket şəklində, kompozisiyalar ərsəyə gətiririk.

Kompozisiyalar istəyə uyğun qurulur. İstər yeni doğulan körpəni qarşılamaq, istərsə də məktəblinin arzularını reallaşdırmaq üçün fərqli buketlər hazırlanır.

Ayşən Xankişiyeva "food florist": Balaca bir komandadan ibarətik. Gəncə şəhərində və yaxın rayonlara çatdırılma edirik. Hələki, instagram üzərindən satış edirik amma yaxın amanda mağazamız açılacaq. Uşağın dişi çıxanda aparmaq üçün belə buket ərsəyə gətirmişik. Adət ənənələri yaşadırıq. Burda hədik, şam, rezin var.

Ayşən Xankişiyeva "food florist": Hazırda məktəblər açılır. Belə kompozisiyalar ərsəyə gətiririk. İstər körpəni sevindimək üçün istərsə müəllimə hədiyə vermək üçün.

Əl əməyi və göz nuru ilə ərsəyə gələn bu nümunələr təxəyyülün məhsuludur.

Nərgiz Əhmədqızı