KepezTV Player
Ötən gün qanunsuz ov etdiyinə görə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədovu saxlayıblar. Araşdırmalarla onun özünə məxsus sənədləri olan Toz 87 markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub. Ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar aparılır.
- Baxış: 702