Cavad Məhəmmədəli oğlu Axundzadə, və ya qısaca olaraq Əhməd Cavad. Azərbaycanın Dövlət Himninin həmmüəllifi, represiya qurbanı. Ata yurdu Şəmkirdə, Aşağı Seyfəli kəndində olan şairin yaşadığı evin durumu da elə həyatı kimi ürəkaçan deyil. Əməkdaşımız Valeh Anaroğlu məsələnin izi ilə istiqlal şairinin anadan olduğu kənddən reportaj hazırlayıb. İzləyək..
Çəkiliş etdiyimiz bu məkanda tarixin bütün çətin sınaqlarından çıxmış şəxsiyyət, fədakar azərbaycanlı Əhməd Cavad yaşayıb. Lakin etinasız yanaşma nəticəsində sözügedən məkan baxımsız vəziyyətə düşüb.
Şəmkirdə Əhməd Cavadın doğulduğu evin dağılma təhlükəsi və qəzalı vəziyyətdə olması cəmiyyəti narahat edən məsələlərdən biri olmalıdır. İstiqlal şairimizin anadan olduğu Aşağı Seyfəli kəndindəki məkana qarşı laqeyd yanaşma narahatlıq doğurur.
Əhməd Cavad kimi bir dühaya hörmətsizlik onun həmyerliləri tərəfindən də birmənalı qarşılanmır..
Azərbaycan Dövlət Himninin həmmüəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məsələyə Şəmkir regional Mədəniyyət İdarəsindən münasibət bildiriblər.
Sözügedən Mehrili kəndində yerli özünüidarəetmə orqanları ilə əlaqə saxlamaq isə mümkün olmadı. Nə icra nümayəndəsi, nə də bələdiyyə sədri çağırışımıza cavab verdi. Daxili imkanlar hesabına hansısa addımların atılması isə görünür kimlərinsə marağında deyil..
Valeh Anaroğlu
- Baxış: 959