KepezTV Player
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində,“Kəlbəcər” yarımstansiyasının açılışında iştirak edib,Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Prezident və xanımı həmçinin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar.Dövlətimizin başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldıb.
- Baxış: 322