KepezTV Player
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Ağdama səfər edib. Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun Ağdama səfərinin məqsədi, rayonun tarixi mərkəzi hissəsində, Üzərliktəpə, İmarət kompleksi, Qiyaslı, Cümə məscidləri, Şahbulaq qalası, qəbristanlıqlarla tanışlıq və müvafiq qeydiyyat işləri aparmaq olub.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov bildirib ki,işğal dövründə ermənilər tərəfindən bərbad vəziyyətə salınan İmarət qəbiristanlığı, Pənahəli xan və İbrahimxəlil xanın, Xurşidbanu Natəvanın türbəsi tam əvvəlki görkəmində olmaqla, tezliklə bərpası aparılacaq.
- Baxış: 426