• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 05.07.2021 19:37

Məktəblilər Respublika fənn olimpiadasında və fənn müsabiqəsində medala layiq göürülüblər

KepezTV Player

Gəncənin orta məktəb şagirdləri respublika fənn olimpiadalarında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Fənn müsabiqələrində isə 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyi yüksək nailiyyətlər əldə edən şagirdlərlə görüş keçirib. 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov informatika fənni üzrə qızıl, 39 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Ayxan Tanrıverdiyev kimya üzrə gümüş, 27 nömrəli  məktəbin 10-cu sinif şagirdi Fariz Əliyev biologiya üzrə bürünc, 39 nömrəli məktəbin  10-cu sinfi şagirdi Raul Əliyev isə riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb.

Gəncə şagirdləri respublika fənn müsabiqəsində də yüksək nəticələr göstəriblər. 27 nömrəli məktəbin 7-ci sinif şagirdi Hüseyn İsmayılov fizika üzrə gümüş, həmin məktəbin 6-cı sinfi şagirdi Mehri Məmmədova isə informatika üzrə bürünc medal əldə edib.

Gəncə məktəbliləri Lütfi Zadə adına məntiq olimpiadasında da biliklərini sınayıblar. 44 nömrəli orta məktəbin şagirdi Pünhan Pürhani və 17 nömrəli orta məktəbin şagirdi Gülər  Babayeva olimpiadada yüksək bal toplayıblar.

 

Elnur Vahidoğlu