KepezTV Player
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğaldan azad olunan ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini deyib. Qarabağda məscidlərin, kilsələrin eləcə də Qafqaz Albaniyasına aid məbədlərin olduğunu xatırladan Mübariz Qurbanlı bildirib ki, işğaldan azad edilən ərazilərdə 67 məsciddən cəmi biri qalıb. Hansı ki, onu da erməniləşdirməyə çalışıblar. Digər məscidlər yarıdağıdılmış vəziyyətdə olub, qalanları isə ümumiyyətlə məhv edilib. Həmin ərazilərdə olan provaslav kilsələri də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb. Komitə sədri vurğulayıb ki, bərpa işləri müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir.
- Baxış: 346