• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 03.06.2021 20:24

Kimlər peyvənd edilməməlidir?

KepezTV Player

Koronavirus əleyhinə peyvəndin əks göstəriş olduğu hallar açıqlanıb. Səhiyyə Nazirliyindən bildirilib ki, süd verən analar, hamilə qadınlara peyvənd vurula bilməz.Bundan başqa istənilən xəstəliyin kəskin dövründə peyvənd əks göstərişdir.

Səhiyyə Nazirliyi maskalarla bağlı çağırış etdi

Nazirlikdən o da qeyd olunub ki, yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır. “Xroniki xəstəliyi olan şəxs istər bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil. Maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın. Yoxsa yenidən yoluxma sayında artım olacaq", - deyə Səhiyyə Nazirliyi xəbərdarlıq edib.