KepezTV Player
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Cəmilli kəndinin görüntülərini paylaşıb. Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı şəxslə bağlıdır. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən bu yaşayış məntəqəmiz üçtərəfli bəyanata əsasən, 25 noyabr 2020-ci ildə öz əzəli sahiblərinə geri qaytarılıb.
Cəbrayıl rayonunun Alıkeyxalı kəndindən də videogörüntülər yayımlanıb. Dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsi keçmişdə Beydili adlanan ərazidə salınıb. Yerli əhalinin məlumatına görə, XVI əsrdə yaşamış Cəbrayıl adlı kişinin altı oğlundan birinin adı Alı olmuşdur. Ataları öldükdən sonra onların saldıqları kəndlər də öz adları ilə adlanıb. Bu kəndlərdən biri də indiki Alıkeyxalıdır.
- Baxış: 339