KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkədə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsi ilə əlaqədar piyadalara qarşı reyd təşkil ediblər. Şəhərin müxtəlif küçə və prospektlərində baş tutan yoxlamalarda qaydalara riayət etməyənlərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi izah edilib. Diqqətə çatdırılıb ki, yol keçmək istəyərkən yeraltı və ya yerüstü piyada keçidlərindən istifadə mütləqdir. Reydlər mayın 3-dək davam edəcək.
- Baxış: 287