• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 23.04.2021 19:58

Adını bacısı oğlu yaşadan şəhid

KepezTV Player

Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Növbəti sujetimizdə şəhid Kənan Həsənovdan danışacayıq.

Kənan Həsənov 2001-ci il yanvar ayının 1 də dünyaya gəlib. Gəncə Dövlət Universtitetinə qəbul olan şəhidimiz odənişi edə bilmədiyi üçün təhsilini yarımçıq qoyaraq, peşə kursuna daxil olur. Daha sonra isə Hərbiçi olmağı qərara alır.

Min bir əziyyətlə dünyaya gətirdiyi övladını, gözünü qırpmadan, ürəklə, fəxrlə vətən torpağına qurban verən şəhid anası... Deyirlər torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. Kənan da qanı ilə tarix yazan və şəhid olacağını əvvəlcədən hiss edən igidlərimizdəndir.

Şəhidimizin özündən kiçik iki bacısı var. Böyük qardaş olaraq hər zaman onların qayğısına qalıb və son nəfəsində də, məhz onların adını çəkib.

Bu gün bütün hisslər, sözlər donub... Övlad itirən bir insanı nə təsəlli edə bilər axı? Yenə də biz başımızı dik tutub vətən sağ olsun deyirik. Elə Zirəddin ata kimi.

Bu gün şəhidimizin adını, bacısı oğlu balaca Kənan yaşadır. İgidimiz, balaca Kənan kimi neçə-neçə uşaqların, sağlam, rahat, suveren bir ölkədə yaşamaları üçün öz ömürlərini heçə saydılar.

Bu gün bütün Azərbaycan Kənanın timsalında şəhidlərimizlə fəxr edir, qürur duyur. Bizdə, qohumlarıda, dostlarıda...

Nərgiz Əhmədqızı