• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 29.03.2021 16:09

Türkiyə XİN gediş-gəlişlə bağlı bəyanat yayıb

KepezTV Player

2020-ci ilin dekabrın 10-da Bakıda imzalanan Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər Protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən yekunlaşıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Sözügedən Protokol aprelin 1-dən başlayaraq qüvvəyə minəcək. Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərini pasporta ehtiyac duymadan, sadəcə yeni növ şəxsiyyət vəsiqəsi təqdim edərək edə biləcək. "Can Azərbaycanla aprelin 1-dən başlayaraq həyata keçəcək yeni tətbiq ölkələrimiz arasındakı “iki dövlət, bir millət” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək" - deyə bəyanatda bildirilib.