KepezTV Player
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelində istefa verəcək. Bunu o, dünən Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib. O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək. Xatırladaq ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Paşinyan müxalifətin tələbi ilə deyil, konstitusiya tələblərinə uyğun olaraq istefaya gedəcək.
- Baxış: 183