Novruz bayramı ilə əlaqədar olaraq Gəncədə aztəminatlı ailələrə bayram sovqatı paylanıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 100 ailəyə bağlama verilib. Sovqatlar əvvəlcə siyahı ilə şəhərin ərazi üzrə Mənzil İstismar İdarəsinin nümayəndələrinə təqdim edilib. Daha sonra təyin olunan qrafiklə göndərilən bayram sovqatları Mənzil İstismar İdarəsinin nümayəndələri tərəfindən aztəminatlı ailələrin mənzillərinə çatdırılıb. Onların Novruz bayramları təbrik edilərək daim dövlətin diqqətində olduqları və həmişə də qayğı ilə əhatə olunduqları vurğulanıb. Ümumilikdə novruz bayramı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 76 şəhər və rayonda 3900 aztəminatlı ailəyə 200 min manat dəyərində bayram sovqatı yardımı verilib.
- Baxış: 543