• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 13.03.2021 12:18

Meksika mətbuatında Xocalı soyqırımı haqda məqalə dərc olunub

KepezTV Player

Meksikanın nüfuzlu “ContraReplica” qəzetində Xocalı soyqırımı haqda səfir Məmməd Talıbovun müəllifi olduğu “Azərbaycan xalqına qarşı cinayət” başlıqlı məqalə dərc olunub. Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin təcavüz planının gedişində strateji üstünlük qazanmaq və növbəti işğallar üçün əlverişli imkan yaratmaq olduğu, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və Xocalı soyqırımının bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyü bildirilir.Azərbaycanın sülh və əməkdaşlıq prinsipinə sadiq qaldığı, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğu və bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğu qeyd edilir.