• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 08.03.2021 16:06

Təhlükəsizlik tədbirləri gücləndirilib

KepezTV Player

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşlarının xidməti fəaliyyəti bərpa olunub. Zəngilan rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib. Daxili İşlər Nazirliyi Zəngilanda polisin fəaliyyətinə dair videoçarx yayımlayıb.