• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 05.03.2021 16:01

Marketdən ödəmə terminalı oğurlandı

KepezTV Player

Paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 3510 manat olan ödəmə terminalı, habelə obyektin kassasından 306 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının qısa zamanda "isti izlər"lə keçirdikləri birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıb.