Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar. Bir neçə nazirliyin ofisi yerləşən hökumət binasının birinci mərtəbənin foyesində aksiya keçirən müxalifət tərəfdarları nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər. Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər. Bununla eyni anda Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini üçüncü dəfə prezident Armen Sarkisyana göndərib. Ermənistan Təhlükəsizlik Şurası da Ermənistan Prezidentinə müraciət edərək Baş Qərargah rəisini istefaya göndərməyə çağırıb.
- Baxış: 244