• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 21.02.2021 18:54

Türkiyə və Azərbaycan kosmik sahədə əməkdaşlıq edəcək

KepezTV Player

Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım deyib ki, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var. "Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, - deyə Yıldırım vurğulayıb. Onun sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb.