Qeybət-qulağa nə qədər xoş səslənməsə də insanlığın üzləşdiyi ən böyük sınaqdır. Başqalarını pisləməkdən alınan zövq dövrün üzləşdiyi dil xəstəliyi də hesab oluna bilər.
Bəs daha çox kişilər qeybət edir, yoxsa qadınlar?
Qadınlar yaşanan hadisələrə daha emosional yanaşdığından, buna bəzən qeybət yox, “şirin söhbət” adı verirlər. Dərin daxili hislərə malik olması qadının ruhunda lətafət doğurur və qəlb riqqətinin yüksəlməsinə səbəb olur.
Bu səbəbdən də qadınlar kişilərdən daha tez təsirlənirlər.Xanımlar bir çox məsələlərə mərhəmət prizmasından baxır və bu da onların daxili dünyasında təyinedici rol oynayır. Qeybət bütün dövrlərdə aktiv prosses olub. Demək olar ki, insanlar arasında dedi –qodu bütün dövrlərdə baş verib. Belə ki qadınlara görə daha çox kişilər, kişilərə görə daha çox qadınlar qeybət edir.
Ekspertlər hesablayıblar ki, qadınların 85 faizi kiminsə həyatı haqqında təfərrüatları dinləməkdən həzz alır, hər on nəfərdən biri isə sirr saxlamaqda çətinlik çəkir. Həkimlər deyir ki, qeybət serotonin kimi hormonların ifrazını aktivləşdirir, stress və həyəcanın dərəcəsini aşağı salır. Əksər insana başqalarının həyatı maraqlı olduğu üçün danışılan söhbətlər də onun diqqətini cəlb edir. Əlaqələrin bu formada qurulması heç bir işlə məşğul olmayan insanı daha da xoşbəxt edir.Ancaq bunun əksinə olaraq, necə deyərlər: “Zəhmət olan yerdə qeybət olmaz”. Qeybətdən uzaq olasınız.
- Baxış: 1506