Musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Çox güman ki, hər birimizin fərqli əhval ruhiyyələr zamanı sevərək qulaq asdığımız mahnılar var. Hər kəsin musiqi zövqü və seçimi fərqlidir: kimsə klassik musiqi dinləyərək mürgüləməyi, kimisi isə yuxusunu dağıtmaq üçün hard rocka qulaq asmağı sevir. Buna baxmayaraq, müxtəlif mahnıların insanın fiziki və əqli vəziyyətinə necə təsir etdiyi elmi qanunlarla müəyyənləşdirilib.
Müxtəlif üslublu mahnılar insanların emosional və hətta fiziki sağlamlığına müxtəlif cür təsir edə bilər. Musiqinin insana göstərdiyi təsir ilk növbədə onun psixo-emosional xarakterli olması ilə izah olunur. Əgər musiqi bu vəziyyətlə harmoniya təşkil edirsə bu insana müsbət təsir göstərə bilər. Yox əgər harmoniya yoxdursa, bu zaman musiqinin insana mənfi təsirləri müşahidə olunacaq.
Həmçinin mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir.
İstənilən musiqi əzələlərdəki yorğunluğu aparır və hərəkət qabiliyyətini artırır. Məlumatın aydın və konkret olaraq qəbul edilməsini təmin edir. Musiqinin insana təsirini araşdıran alimlər klassik musiqinin insana möcüzəvi təsirini müəyyən etdiblər
Alimlər Motsartın musiqilərinin beynin fəaliyyətini artırdığını və informasiyanın tez bir şəkildə qavranılmasına kömək etdiyini hesab edirlər. Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı hesab olunur. Alimlər müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sağalırlar.
İnsana müsbət təsir edən musiqilərdən biri də milli musiqilərdir. Etnik musiqilər rahatlaşmağa və dincəlməyə kömək edirlər. İnsanı öz tarixi köklərinə qaytaran milli musiqi orqanizmdə enerji mənbələrinin aktivləşməsinə səbəb olur.
Siz də, hansı musiqinin sizə necə təsir etdiyini bilmək istəyirsinizsə müxtəlif üslublu mahnıları dinləyərkən nə hisslər keçirtdiyinizi müəyyən edin.
- Baxış: 893