Gəncədə Respublika fənn olimpiadasının şəhər turu keçirilir. Üç gün davam edəcək bu mərhələdə ümumilikdə 998 nəfər şagird iştirak edəcək. İmtahanlar şəhərin 1 və 39 nömrəli orta məktəbində təşkil edilib. Əsasən 8-11-ci sinif şagirdləri seçdikləri fənə uyğun olaraq riyaziyyat, fizika, kimya, bialogiya, informatika, tarix, coğrafiya, Azərbaycan-dili və ədəbiyyatdan öz biliklərini nümayiş etdirirlər. Olimpiadanın sualları Təhsil Nazirliyi tərəfindən göndərilib və şagirdlərə cavablandırmaq üçün 3 saat vaxt verilib. Şagirdlər pandemiya qaydalarına uyğun olaraq tək-tək və sağ-sol qaydalarına əməl edilməklə əyləşdirilib. Həmçinin sinif otaqlarına spirt məhlulu qoyulub, bütün iştirakçılar və nəzarətçi müəllimlər tibbi maska ilə təmin edilib. Olimpiadanın şəhər turunda yer tutan şagirdlər fənn olimpiadasının Respublika turuna vəsiqə qazanacaq.
- Baxış: 390