Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elviyyə Dəmirovaya məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb. İçərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA, uşaq yeməyi qutusunun içərisindən isə 98,8 qram kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən Bonzai maddəsi aşkar edilib. Cinayətkar qrupun digər üzvləri Pərvanə Məmmədəliyeva və Məhəmməd Abdullayev qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar. Barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 314