KepezTV Player
"Ətraf mühitin mühafizəsi haqqında" qanununa edilən dəyişikliyə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.
- Baxış: 164