KepezTV Player
Hacıkənd. Kəlbəcər rayonu ərazisində kənd.Kəndin əvvəlki adı Sınıqkilsə olub. Bu da kənd ərazisində mövcud olan qədim Alban kilsəsinin qalıqları ilə əlaqədardır. Bu isə Hacıkəndin qədim yaşayış məskənlərindən biri olduğuna dəlalət edir.Kənd rayon mərkəzinə yaxın, olduqca səfalı bir yerdə yerləşir və yaşayış məntəqəsində çoxsaylı türk toponimlərinə rast gəlinir. 1993-cü ildə erməni işğalı altına düşən kənd 2020-ci ilin 25 noyabrında Azərbaycana qaytarılıb. Hacıkəndin izlədiyiniz görüntülərini isə Müdafiə Nazirliyi yayıb.
- Baxış: 294