Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələri açıqlayıb. Hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət<br>nəzərdə tutulmuş orqanlar və vəkillər; fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları və qurumları; səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri; su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları xidmətləri, meliorasiya və su<br>təsərrüfatı, fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida<br>məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan<br>satışı, bazarlar və yarmarkalar istisna olmaqla ərzaq mağazaları, apteklər, yanacaqdoldurma məntəqələri, kütləvi informasiya vasitələri və mühafizə xidmətləri xüsusi karantin rejimi müddətində həftənin digər günləri ilə yanaşı, şənbə və bazar günləri də fəaliyyətini davam etdirəcək.
- Baxış: 156