• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1746
— 09.11.2020 14:00

Sərhəd zastavası döyüş fəaliyyətinə başlayıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonu Mincivan qəsəbəsində sərhəd zastavasının açılışı olub. Zastavada 9 noyabr - Bayraq Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. İşğaldan azad edilmiş Zəngilan rayonunun Məmmədbəyli, Şərifan, Muğanlı və Tiri sərhəd zastavaları üzərində də Dövlət bayrağımız ucaldılıb. Beləliklə, uzun illərdən sonra adıçəkilən istiqamətlərdə də sərhədçilərimiz xidmətə başlayıblar.