• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 06.11.2020 21:50

Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür

KepezTV Player

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb.Həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. İzlədiyiniz "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildən Gəncədə yayımını həyata keçirir. 2008-ci ildə təşkilati-hüquqi forması dəyişdirilən televiziyanın efirində xəbər və maarifləndirici xarakterli verilişlər yayımlanır.Artıq 7 ildən çoxdur ki, dalğalanan Kəpəz FM-in radiosu da bu gün kifayət qədər dinləyici auditoriyasına malikdir.

Bizim üçün özəl olan bu günü bu il fərqli ab-havada, yüksək əhval-ruhiyədə, qələbə tutumlu xoş xəbərlərlə qeyd edirik. Elə bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli ilə danışacağıq. Salam, axşamınız xeyir, peşə bayramı münasibətilə sizi təbrik edirik və elə ilk sualım hərbi əməliyyatların getdiyi bir vaxtda jurnalistikanın üzərinə düşən vəzifə ilə bağlıdır, efirdə və fm dalğalarında yayımlananları necə dəyərləndirərdiniz.