• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 03.11.2020 21:20

Boş patronla havaya güllə atan Ermənistan

KepezTV Player

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb. Alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib. Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib. Müdafiə Nazirliyi erməni mövqelərinə artilleriya zərbələri endirilməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbəri isə “boş patronla havaya güllə atmaq” kimi dəyərləndirib.Cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə yaydığı məlumat da düşmənin növbəti fantaziyasıdır.Azərbaycan hərbi aviasiya vasitələrinin Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə məlumatlar da böhtan xarakterlidir.