Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ötür. Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı. Düşmənə ciddi zərbələr vuran rəşadətli Ordumuz bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb. Rəsmi etiraf edilən itki sayı isə min nəfərdən çoxdur.
Bir ay ərazində Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
- Baxış: 108