KepezTV Player
İsveçin paytaxtı Stokholmda torpaqlarımızın azad edilməsi uğrunda Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatları keçirən Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Paytaxtın mərkəzi küçələrindən birində reallaşdırılan tədbirdə 500-dən çox azərbaycanlı iştirak edib. Onlara yerli sakinlər də dəstək veriblər. Azərbaycan, Türkiyə, Pakistan və İsveç bayraqlarının dalğalandığı aksiya zamanı vətənpərvər şüarlar səsləndirilib, ermənilərin Azərbaycanın yaşayış məntəqələrini, mülki sakinlərini atəşə tutması kəskin pislənilib. Gəncədə törədilən terror hadisələri bəşəri cinayət kimi qiymətləndirilib.
- Baxış: 239