KepezTV Player
Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər.<br>Azərbaycanın baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Əgər bu kimi tədbirlər də effektiv olmazsa, daha sərt tədbirlərə başlanıla bilər. Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnazlaşdırmaq çətindir.
- Baxış: 110