• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 20.10.2020 20:33

Stadion, sığınacaq, aerodrom

KepezTV Player

Tovuz stadionu ötən əsrin 90-cı illərində müharibənin od-alovundan keçən idman qurğularındandır. Erməni təcavüzkarlarının ölkəmizə qarşı apardıqları savaş dövründə arena mərmilərin atəşi altında olub.

Tovuz futbolunun tarixi haqda kitab müəllifi olan Rasim Əliyevin sözlərinə görə, müstəqilliyimizin ilk illərinə təsadüf edən həmin dövrdə stadiona atılan raket zərbələri zamanı “Turan” klubunun futbolçusu Vüqar Fərhadov qəlpə yarası alıb. Amma müharibənin ağrı-acısına baxmayaraq komanda ev oyunlarını keçirdiyi doğma məkanı tərk etməyib. Rəqiblərini Tovuz stadionunda özü də dolu tribunalar önündə qəbul edib.

41 yaşlı Tovuz şəhər stadionu I Qarabağ müharibəsi dövründə təkcə futbol arenası kimi yox, həm də sığınacaq kimi fəaliyyət göstərib.

Tovuz stadionu digər məqsədlər üçün də istifadə olunub. Döyüşlər gedən vaxtlarda yaxınlıqda aerodromun olmaması səbəbindən hərbi və mülki helikopterlər birbaşa futbol meydanına eniblər.

Rasim Əliyev bununla bağlı maraqlı hadisəni də yada salıb.

Müharibəyə baxmayaraq “Turan”ın ən yaxşı çıxışlarına elə həmin dövrdə imza atıb. Atəş altında futbol oynamaqdan qorxmayan tovuzlular çempionatın qızıl, gümüş və bürünc medallarını qazanıblar. Tovuz şəhər stadionu isə komandanın bütün uğurlarına ev sahibliyi edən arena olub.