KepezTV Player
III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanına qeydiyyatı başa çatır. Müsabiqə şərtini ödəyən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi yerinə yetirirlər.Qabiliyyət imtahanı sentyabrın 11-də baş tutacaq. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
- Baxış: 300