Dostun versə qum, Al ovcunda yum - deyiblər. Qarşıdakı sujetimizin qəhrəmanları isə qum yox, bir-birlərinə özgə əmlakı veriblər. Sıra ovuclarını yummağa gəldikdə isə hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində buna nail ola bilmiyiblər. Belə ki, Göygöldə silsilə oğurluq edən iki dostun bir ay zərzində etdikləri 4 cinayət əməlinin üstü açılıb. Bütün hadisələr rayonun Çaykənd kəndində yaşayanlar tərəfindən elə həmin kənddə törədilib.
Əlbir olan 2 dostun əsas hədəfi Çaykənd kəndi ərazisində yerləşən mağazalar, fərdi yaşayış evləri və avtomobil olub. Çaykənddə yaşayan 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov dindirilmə zamanı əməllərini səmimi etiraf ediblər.
Eltac İsazadə - saxlanılan şəxs: Müşahidə eləməmişəm. Birinci Vaqifin dükanına gedəndə ikinci dükan Ərəstunun dükanı olub. Vaqifin dükanına gedəndə həmin vaxt Ərəstunun dükanınada nəzarət eləmişəm ki, burden girmək olar burden asandı. Birinci dükana girəndə bir saat yarım çəkdi ikinci dükana girəndə 5-10 dəqiqə çəkdi. Girəndə içəridən elədə bir şey tapmadım, qayıdanda peşiman oldum su matoru və maşını yardım. Dedim əldə bir az pul olsun.
Saləddin Hüseynov - saxlanılan şəxs: Axırıncı halda Eltac tutulanda axşamnan mənə dedi, dedim getmə, tutulacaqsan. Dedi yox, gedacam. Getdi gəldi, dedim Eltac gətirdiyini çıxart evdən. Eltac da mənə dedi ki, sən mənə yoldaşlıq etmirsən. Mən də acığa düşdüm deim ki, paltaraını yığ, get evdən. Məndə şəhərə gedirdim mərkəzdə idim. Eşitdim ki, Eltac tutulub, polislər saxlayıb. Mərkəzdən də polislər məni götürdülər.
Onlar iyul ayı ərzində mağazalardan 1503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, evlərdən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar. Kənd sakininə məxsus avtomobildən 200 manat dəyərində musiqi avadanlığını mənimsəyənlərin sonuncu cinayəti rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.
Eşqin Qasımov - DİN-nin mətbuat xidmətinin əməkdaşı: Aparılan araşdıma zamanı Eltac İsazadə və Saləddin Hüseynov əvvəlcədən planlaşdıraraq iyul ayında Göygöl rayonunun Çaykənd kəndində 2 mağaza, 2 fərdi yaşayış evi və 1 avtomobildən tütün məlumatları nəğd pul və digər məişət əşyalarını oğurlayıblar.
Əvvəllər heç bir məhkumluğu olmayan dostlar bərəsində cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 1146