Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində yaranan qeyri-ordinal vəziyyətlə bağlı Gürcüstanın Gəncədəki baş konsulluğu Kəpəz Xəbər-ə açıqlama verib. Belə ki, Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq, Gürcüstanın Baş Konsulluğu ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Bu isə həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olur. COVİD 19 virusuna qarşı mübarizə prosesində, Azərbaycan - Gürcüstan sərhəddi bağlı olduğundan Gürcüstan vətəndaşlarının mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaqları, əvvəlcədən Gəncədəki Baş Konsulluqda qeydiyyatdan keçməklə həyata keçirilir.
- Baxış: 305