Rejissor: Tim Miller
Ssenarist: Ceyms Kemeron, Devid S. Qoyer
Rollarda: Arnold Şvartsenegger, Linda Hemilton, Makkenzi Devis, Nataliya Reyes, Qabriel Luna
Məzmun: Meksikalı cavan qız Daniela Ramos qardaşı ilə birgə avtomobilqayırma zavodunda işləyirlər. Bir gün iş yerinə gələndə Dani, qardaşının ixtisara düşdüyünü belə ki, rəhbərliyin işçiləri tədricən robotlarla əvəz etməyi planlaşdırdığını öyrənir. Bu əsnada onun atası gözlənilmədən iş yerinə gəlir. Özünü qəribə aparan və hamıdan Danini soruşan ata, birdən-birə silah çıxararaq Daniyə tuşlayır və onu öldürməyə çalışır. Sən demə subyekt onun atasının cildinə girmiş, gələcəkdən gəlmə, REV-9 terminatorudur və missiyası Danielanı zərərsizləşdirməkdir. Çaşqın vəziyyətdə olan atası və qardaşını itirən Ramosun müdafiəsinə eynilə gələcəkdən gəlmiş auqmentasiyalı (təkmilləşmiş) yarı insan, yarı robot Qreys adlı superəsgər gəlir...
- Baxış: 1282