KepezTV Player
Kürdə batan oğlanın meyiti tapılıb. Hadisə çayın Kürdəmirin Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayonu, Telişli kənd sakini 16 yaşlı Aqil Usubov həmyaşıdları ilə Kürdə çimərkən qəfildən halı pisləşib və boğulub. Ətrafdakılar onu sudan çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Hadisə yerinə İmişli və Kürdəmir rayon polis şöbəsinin əməkdaşları, eləcə də FHN-in Mingəçevir ARAN dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunublar. Aqil Usubovun meyiti müvafiq dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 1634