KepezTV Player
Bərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirən şəxs saxlanılıb. Hadisə yerindən qaçan Toğrul Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub. O, Bərdə rayon prokurorluğuna təhvil verilib. Toğrul Zeynallı iyunun 1-də gecə saatlarında Bərdə rayonunun Alaçadırlı kəndində yaşadığı evdə anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynallını öldürüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb.
- Baxış: 1443