Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Göygöl rayonu, Quşçu kəndi ərazisində su kanalının yaxınlığından 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı illərdə düşmən tərəfindən atıldığı ehtimal olunan 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
- Baxış: 956