• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1232
— 25.05.2020 19:05

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıblar

KepezTV Player

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçiriliblər. Testin nəticəsinə əsasən, 1 nəfərin analizi müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədirlər. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da açıqlama verərək bildirib ki, sosial izolyasiya rejimindədirlər və fəaliyyət daha çox onlayn bağlantı vasitəsilə davam etdirilir.