• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 08.05.2020 15:22

Pandemiya dövründə imtahanların keçirilməsi qaydası açıqlanıb

KepezTV Player

İmtahanlar zamanı koronavirus infeksiyasının profilkatikasına dair metodiki göstərişlər açıqlanıb. Sənəd müxtəlif qurumların imtahan mərkəzlərində imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

İmtahanlara qeydiyyat onlayn aparılmalıdır. İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmalıdır. İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala giriş qadağan edilməlidir. • İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılması; • Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması; • İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunması; • Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsi; • İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatı; • Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi; • İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları; • İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi; • Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunması və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsi; • sənədlərin iştirakçı tərəfindən təqdim olunması, nəzarətçinin sənədlərə əllə toxunmaması; • Hər iştirakçının arasında sosial məsafənin qorunması; • İmtahan ləvazimatlarının ortaq istifadə edilməməsi təmin edilməlidir. • İştirakçılar səhhətində imtahan zamanı yaranan problemləri bildirməlidirlər. Xüsusi ayrılmış otaqda izolyasiya edilməli, Təcili tibbi yardım çağırılmalı, imtahan verəni müşayiət edən bu barədə məlumatlandırılmalıdır.