“Evdə qal, evdə yarat!” aksiyasına qoşulan Gəncə Dövlət Kukla Tetarının kollektivi də tamaşalarını onlayn təqdim etməyə hazırlaşır. Yaradıcı insanlar fəaliyyətlərindən qalmayaraq karantin qaydalarına əməl etməklə məşqlər edir, fikir mübadiləsi aparırlar.
Hər vaxtınız xeyirli olsun dəyərli kollektiv. Onlayn iclasımızı edirik və gözlərinizdən oxuyuram ki, iş üçün darıxıbsız. İnşallah bu bəlalar qurtarar və yenidən işmizin başına dönərik və sizinl bəarbər davam edərik.
Gəncə Dövlət Kukla Tetarının kollektivi artıq üçüncü dəfədir virtual qaydada iclas keçirir. Həm yaradıcı kollektiv, həm də texniki işçilər onlayn qaydada müzakirələrə qoşulmaqla planlaşdırılan işlərdən danışırlar. Evdə qalsalar da mütamadi olaraq keçirilən məşqlərdən qalmırlar. Rolların ifası fərdi qaydada da olsa videobağlantı şəklində davam edir. Hazırda aktyorlar “Gözəllər gözəli” tamaşası üzərində işləyirlər. Birinci rübdə təqdim edilməli olan səhnə işinin quruluşçu rəssamı Sara Məmmədova, rejissoru isə Şamil Məmmədlidir.
Bu tamaşa əsasən meyvələrin söhbətindən gedir. Hər bir meyvənin özünü öyməsi və gözəl olmasını bəyan etməsindən gedir. Meyvə qurdunun meyvələrin arasında çaxnaşma yaratması da göstərilir.
Aktyorların ifasında Qrim qardaşlarının "Bremen musiqiçiləri" tamaşasının da məşqləri gedir. Əməkdar artist Xudayət Əsgərovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Əntiqə Bədirovadır.
Fərmayıl Paşayev - Gəncə Dövlət Kukla Teatrının direktoru: Gəncə Dövlət Kukla Teatrı olaraq iki rübün tamaşası artıq hazır şəkildədir. Sadacə bizə qısa bir zaman lazımdır ki, yenidən o nizmları aktyor və rejisorlarımız yada salsınlar və tamaşaları təhvil versinlər. Tamaşaların kuklalarıda hazırdır. Böyük həsrətlə işçilərimizin işlərinin başına dönməyini arzu edirik.
Kollektiv onlayn məşqlər edib tamaşaların hazırlığını aparsa da istəkləri tez bir zamanda balaca tamaşaçıları ilə doğma olan səhnədə görüşməkdir.
Fərmayıl Paşayev - Gəncə Dövlət Kukla Teatrının direktoru: Evdə olan bizim balaca tamaşaçılarımızada üzümü tutub demək istəyirəm ki, çox xahiş edirəm evdə qalın, valideynlərin sözlərinə baxın, bayıra çıxmıyın. Biz istəmirik ki, sizin yeriniz bizim tamaşaçı zalında boş qalsın. Dərslərinizi hazırlayın, tez bir zamanda sizi tamaşaçı zalında qarşılayacağıq. Sizə öz gözəl tamaşaçılarımızı təqdim edəcəyik. Həyat evdədir.
Tetarının kollektivi həftənin 4 günü onlayn qaydada tamaşaların məşqlərini edir.
Elnur Vahidoğlu
- Baxış: 311